BAKI, 19 iyul. TELEQRAF

Bu ilin birinci yarısında Azərbaycana 132 milyon 258,98 min ABŞ dolları dəyərində kosmetik vasitələr, efir yağları, ətir və tualet vasitələri idxal edilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz çoxdur.

Hesabat dövründə bu kateqoriyadan olan məhsulların idxalı ümumi idxalın 1.15 faizini təşkil edib.

Azərbaycandan xaricə ixrac olunan kosmetik vasitələr, efir yağları, ətir və tualet vasitələrinin dəyəri isə 686,95 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə ölkəyə toplam 252 milyon 927,29 min ABŞ dolları dəyərində ətir, kosmetik vasitələr, efir yağları və tualet vasitələri idxal edilib.