BAKI, 17 iyul. TELEQRAF

Bu ilin I yarısında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında investisiya portfeli 307 milyon manatdan çox olan 18 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

İqtisadi Zonaların İnkişaf Agentliyindən Teleqraf-a verilən məlumata görə, bunlardan 3-ü Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının, 5-i Hacıqabul Sənaye Parkının, 1-i Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

Eyni zamanda Ağdam, Hacıqabul və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında hər bir zona üzrə 1 olmaqla ümumilkdə 3 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib.

Qeyd edək ki, qeydiyyatdan keçən investorlar tərəfindən sənaye zonalarında smart televizorlar, velosiped, elektrik mühərrikli avtobuslar, lift və eskalatorlar istehsalı layihələri həyata keçiriləcək, tekstil sahəsində klasterləşmə formalaşdırılacaq, günəş elektrik stansiyası qurulacaq.