BAKI, 15 iyul. TELEQRAF

Bu ilin 6 ayı ərzində işğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutları ilə 3475 reys həyata keçirilib, 33 min 500 sərnişin həmin əraziləri ziyarət edib.

Yürüstü Nəqliyyat Agentliyindən (AYNA) Teleqraf-a verilən məlumata görə, səfərlər müntəzəm avtobus reysləri, eləcə də fərdi nəqliyyat vasitələri ilə həyata keçirilir.

Bu ilin 6 ayı ərzində işğaldan azad olunmuş ərazilərə fərdi minik avtomobilləri ilə səfər etmək üçün müraciət edən 1 milyon 342 min 921 nəfərə portal üzərindən icazə verilib. Bu rəqəm ötən ilin ümumi göstəricisi ilə müqayisədə 2 dəfədən çoxdur. Belə ki, 2024-cü ildə portal üzərindən müraciət edən 647 min 918 nəfərə icazə verilmişdir.

Qeyd edək ki, müntəzəm avtobus reysləri ilə biletlər onlayn qaydada https://biletim.az/ portalı üzərindən əldə edilir. Fərdi minik avtomobillərilə isə vətəndaşlar www.yolumuzqarabaga.az portalında qeydiyyatdan keçərək Şuşa, Laçın, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Suqovuşan istiqamətlərində səfər edə bilirlər.