BAKI, 14 iyul. TELEQRAF

Sabah bəzi rayonlarda təbii qazın verilişi müvəqqəti olaraq dayandırılacaq.

Azəriqaz İstehsalat Birliyindən Teleqraf-a verilən məlumata görə, sabah saat 09:00-dan etibarən Sarıbulaq kəndini təbii qazla təmin edən PE-160 mm-lik yeraltı orta təzyiqli daşıyıcı qaz xəttində kipliyə sınaq işləri və Balakən şəhərinin 28 May küçəsində yerləşən d-325 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttinin qaynaq yerlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması nəzərdə tutulur.

Bununla əlaqədar olaraq, Balakən Qaz Paylayıcı Stansiyasının ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətləri üzrə qaz təchizatı dayandırılacaq. Qaz kəsintisi Balakən şəhəri də daxil olmaqla ( F/Ş Kaxov Ramazan və F/Ş Əsgərov Əsgər kərpic zavodlarını istisna olmaqla) 26 kənd və 1 qəsəbədə yaşayan ümumilikdə 20.351 əhali abonenti və 258 qeyri-əhali abonentini əhatə edəcək.

Qurumdan eyni zamanda bildirilib ki, Vaqif küçəsində mövcud qaz sayğaclarının giriş hissəsindəki yivli birləşmələrin ləğv edilərək əymə borularla əvəz edilməsi məqsədi ilə sabah saat 09:30-dan işlər yekunlaşanadək cəmi 102 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Zaqatala RQİİ-nin Şəki xidmət sahəsinin ərazisində Aşağı Göynük kəndl ərazisində D159 mm-lik qaz xəttinin üzərində balans sayğaclarının quraşdırlması məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək cəmi 910 abonentin, L.Abullayev küçəsi ünvanında isə pərakəndə çəkilmiş qaz xəttlərinin normal vəziyyətə gətirilməsi üçün daxili imkanlar hesabına yeni çəkilmiş küçə qaz xəttinin mənbəyə qoşulması məqsədi ilə işlər yekunlaşanadək cəmi 107 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qaz təchizatının bərpası işlərin başa çatmasından dərhal sonra həyata keçiriləcək.