BAKI, 14 iyul. TELEQRAF
"Regional Su Meliorasiya Xidməti" Publik Hüquqi Şəxsi Ağdamın Quzanlı, Lənkəranda Bəşəru çayının ərazisi və Kürdəmir rayonunda müxtəlif meliorasiya obyektlərinin təmirinə toplam 1 milyon manat vəsait xərcləyəcək.
Teleqraf xəbər verir ki, qurum Quzanlı-2 nasos stansiyasının qidalandırdığı N-3 torpaq məcralı kanalın, beton üzlüyə alınması, üzərindəki qurğularla birlikdə əsaslı təmiri (1,1 km) işlərinə 105 min manat, R-3-25 paylayıcı beton kanalının (PK 27+50+PK 45+50, L=1,8 km) beton üzlüyünün və üzərindəki qurğuların əsaslı təmirinə 300 min manat, Bəşəru sugətirici mövcud trapes en kəsiyə malik daş beton üzlüklü beton kanalın (L=650 pm) əsaslı təmirinə 230 min manat, 1 aqreqatlı Arayatılı-1 tərpənməz nasos stansiyasının əsaslı təmirinə 215 min manat, Kürdəmir SMSİİ-nin Ərəbxana nasos stansiyalarında nasos,elektrik və mexaniki avadanlıqlarının əsaslı təmirinə isə 150 min manat vəsait xərcləməyi planlaşdırır.
"Regional Su Meliorasiya Xidməti" Publik Hüquqi Şəxsi bunun üçün 5 ayrıca tender elan edib və podratçı axtarışındadır.
Qeyd edək ki, R-3-25 və Bəşəru kanalının ilə bağlı tenderlərdə təkliflərin son təqdimolunma tarixi 27 iyul, digər üç layihə üzrə tenderlərdə iştirak üçün son müraciət tarixi isə 6 avqustdur. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.