BAKI, 14 iyul. TELEQRAF
"Agro Point" MMC nizamnamə kapitalının azaldığını elan edib.
Teleqraf xəbər verir ki, şirkət nizamnamə kapitalını 45 900 manat azaldaraq 194 142 AZN-ə endirib.
Xatırladaq ki, MMC-nin bundan öncəki nizamnamə kapitalı 240 042 manat təşkil edirdi. Şirkət ən son may ayının 29-da nizamnamə kapitalını 30 000 manat azaltmışdı.
"AGRO POINT" MMC 2022-ci ilin sentyabrında dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi isə Ağayev Yavər Seyfulla oğludur.
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkət, fermerlərə mineral tarla gübrələri, mikro və makro gübrələr, turşular, bitki inkişafını tənzimləyən preparatlar və pestisidlər üzrə geniş çeşiddə məhsullar təqdim edir.