BAKI, 11 iyul. TELEQRAF

Bu ilin 6 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 337,321 bilet əldə edilib.

Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur.

Ötən ilin 6 ayında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 17% idisə, bu ilin müvafiq dövründə bu rəqəm 32.1%-ə çatıb.

Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.