BAKI, 8 iyul. TELEQRAF

Bu ilin 2-ci rübü ərzində Energetika Nazirliyi tərəfindən 29 icazə verilib.

Bu barədə Teleqraf-a Energetika Nazirliyindən məlumaat verilib.

“İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı üzrə 17, ixracı üzrə 9 və tranziti üzrə 3 icazə verilib.

Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.