BAKI, 3 iyul. TELEQRAF

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.21% azalaraq 3350.71 ABŞ dollarına bərabər olub.

Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0,41 % azalaraq 36.406 ABŞ dolları təşkil edib.