BAKI, 2 iyul. TELEQRAF
"Səhiyyənin Təminat Mərkəzi" 310 000 ədəd 6 komponentli (GDT acellular, Hib/IPV vaksini, hepatit B) ''Hexa vaccine'' vaksini almağı planlaşdırır. Qurum peyvəndlərin alınmasına 25,2 milyon manat vəsait xərcləməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, "Səhiyyənin Təminat Mərkəzi" Publik Hüquqi Şəxs bu yöndə tenderin vaxtını uzadıb. Mayın 27-i dərc oluna tender elanı üçün təkliflərin son təqdimolunma və zərflərin açılış tarixi iyulun 17-i olub, lakin bu gün edilən dəyişikliyə əsasən qurum bu tarixləri iyulun 27-ə qədər uzadıb.
Sözügedən peyvənd uşaqları altı müxtəlif xəstəliyə qarşı qoruyan birləşdirilmiş peyvənd növüdür. Bu vaksin körpələrə 2, 4 və 6-cı aylarında olmaqla üç dəfə tətbiq olunur. Daha sonra, uşağın 18-ci ayında təkrar (revaksinasiya) dozası da verilir. Heksaksim peyvəndi körpələri difteriya, boğmaca, tetanus, B hepatiti, poliomielit və Haemophilus influenzae infeksiyasına qarşı müdafiə edir.