BAKI, 1 iyul. TELEQRAF
Bu ilin yanvar-may aylarında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ixrac olunan mallara 35 min 515 mənşə sertifikatı verilib.
Qurumdan Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,1 faiz artıb.
"Mənşə sertifikatı malların mənşəyi və istehsalçısı barədə səhih məlumatlara çıxış imkanlarını təmin edir, ixracatçılar üçün idxalçı ölkələr tərəfindən tətbiq olunan güzəştlərdən yaralanmaq üstünlükləri verir və onların etibarlı mənbələrdən əldə olunduğunu təsdiqləyir",- deyə məlumatda qeyd olunub.