BAKI, 27 iyun. TELEQRAF

Bu ilin yanvar-may aylarında əhali toxuculuq məhsulları, geyim və ayaqqabılara 3 milyard 40,2 milyon manat pul xərcləyib.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artıb.

İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 13 faizi bu kateqoriyaya sərf edilib.

Xatırladaq ki, 2024-cü ildə isə geyim məhsullarına, ümumilikdə, 9 milyard 48,4 milyon manat xərclənmişdi.

Əlavə olaraq onu da bildirək ki, ötən beş ayda ölkədə 44 milyon manatlıq geyim istehsal edilib.