BAKI, 20 iyun. TELEQRAF

“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi (PHŞ) Ağdamda tikinti-quraşdırma işlərinə 14 milyon 216 min 25 manat vəsait xərcləyəcək.

Teleqraf xəbər verir ki, PHŞ Ağdam rayonu, Sarıcalı və Kəngərli kəndlərində tibb məntəqələrinin tikinti-quraşdırma işlərinə 702.873,15 AZN vəsait xərcləyəcək.

Bu işlər üzrə təkliflərin təqdim olunması və zərflərin açılması 15 iyul 2025-ci il tarixində baş tutacaq.

Eyni zamanda, Ağdam şəhəri, 5-ci yaşayış massivi, məhəllə O-123 ünvanında binaların tikintisi işlərinə 13.513.151,87 AZN məbləğində vəsait xərclənəcək.

Qeyd edək ki, bu tenderdə təkliflərin təqdim olunması və zərflərin açılması isə iyulun 1-də həyata keçiriləcək.