BAKI, 20 iyun. TELEQRAF

Dünya bazarlarında Azərbaycan neftinin qiyməti artıb.

Teleqraf xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti ötən günə nisbətən 4,31 faiz və ya 3,41 dollar artaraq 82,58 dollar olub.

Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.