BAKI, 19 iyun. TELEQRAF
Dünya bazarlarında Azərbaycan neftinin qiyməti azalıb.
Teleqraf xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti ötən günə nisbətən 0,41 ABŞ dollar, və ya 0,51 faiz ucuzlaşaraq 79.17 ABŞ dollarına enib.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.