BAKI, 18 iyun. TELEQRAF

Bişkekdə elektrik enerjisinin qəfil şəkildə dayandırılması nəticəsində şəhər və ətrafındakı Çuy vilayəti işıqsız qalıb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstanın Energetika Nazirliyi məlumat yayıb.

Şəhərin demək olar ki, bütün ərazilərində və Çuy vilayətinin bir sıra yaşayış məntəqələrində elektrik enerjisi kəsilib. Nazirlikdən bildirilib ki, hazırda işığın kəsilməsinin səbəbləri aydınlaşdırılır.

“Ehtimal ki, yarımstansiyaların birində qəza baş verib, yoxlayırıq”, - deyə nazirliyin nümayəndəsi qeyd edib.