BAKI, 10 iyun. TELEQRAF

Gəncə avtomobil yolunun 2-ci kilometrində yerləşən körpünün təmiri ilə əlaqədar olaraq, 11 iyun saat 00:00-dan başlayaraq sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata götə məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Qeyd edək ki, nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq körpünün yanındakı alternativ yolla təmin olunacaq.