
BAKI, 10 iyun. TELEQRAF
Comex birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) 2025-ci ilin iyul ayında çatdırılması nəzərdə tutulan gümüş fyuçerslərinin qiyməti 2012-ci ilin 29 fevral tarixindən bəri ilk dəfə 37 ABŞ dollarını keçib.
Teleqraf xəbər verir ki, iyunun 9-da Bakı vaxtı ilə saat 22:36-da qiymətli metalın qiyməti bir troya unsiyası üçün 37,025 dollar təşkil edib ki, bu da +2,41% artım deməkdir.
Qeyd edək ki, eyni vaxtda 2025-ci ilin avqust ayında çatdırılması planlaşdırılan qızıl fyuçerslərinin qiyməti də 0,69% artaraq bir troya unsiyası üçün 3 353,5 ABŞ dollarına çatıb.