BAKI, 10 iyun. TELEQRAF

Dünya bazarlarında Azərbaycan neftinin qiyməti artıb.

Teleqraf xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,63 ABŞ dolları və ya 0.9% bahalaşaraq 70.79 ABŞ dollarına çatıb.

Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.