BAKI, 5 iyun. TELEQRAF
Bu ilin yanvar-may aylarında “biletim.az” portalı vasitəsilə onlayn qaydada 259 172 bilet əldə edilib.
Yerüstü Nəqliyyat Agentlyindən Teleqraf-a verilən məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.
Bu da onu göstərir ki, sərnişinlər səfərlərini reallaşdıran zaman onlayn bilet alışına daha çox üstünlük verirlər.
Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
AYNA bayram ərəfəsində və istirahət günlərində vətəndaşların daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələrini tövsiyə edib.