BAKI, 29 may. TELEQRAF
"Bugünədək CQD vasitəsilə 182 milyard kubmetrdən çox qaz nəql edilib".
Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyinin "X" sosial şəbəkəsində paylaşım edilib.
"Cənub Qaz Dəhlizinin rəsmi açılışından 7 il ötür. CQD Avropa və region ölkələrinin enerjitəhlükəsizliyində mühüm rol oynayan qlobal əhəmiyyətli nəhəng enerji layihəsidir. Bu Dəhliz “Şahdəniz Mərhələ 2” çərçivəsində hasil olunan təbiiqazı Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) Boru Kəmərləri vasitəsilə region və Avropa ölkələrinə ixrac edir",- deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin təməli 2014-cü ilin sentyabr ayının 20-də qoyulub və layihənin ümumi dəyəri 40 milyard dollar təşkil edib.