BAKI, 27 may. TELEQRAF
2025-ci ilin mart ayında manatın qeyri-neft ticarət çəkili nominal effektiv məzənnəsi 4,1%, real effektiv məzənnəsi isə 4,7% ucuzlaşıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank-ın "Pul Siyasəti İcmalı" nda məlumat verilib.
Qeyd edək ki, manatın qeyri-neft ticarət çəkili nominal effektiv məzənnəsinin ucuzlaşması yerli valyutanın qeyri-neft sektoru üzrə digər ölkələrin valyutaları ilə müqayisədə dəyərinin azaldığını göstərir.
Manat nominal göstəriciyə görə 4.1%, real (yəni inflyasiya nəzərə alınmaqla hesablanan) göstəriciyə görə isə 4.7% ucuzlaşıb.
Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta çəkili inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib. 2025-ci ilin mart ayında illik inflyasiya Azərbaycanda 5.9% olduğu halda tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiya 9.6% olub.