BAKI, 27 may. TELEQRAF

Ötən il "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi"nə dövlət büdcəsindən 6,2 milyon manat məbləğində vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Ayrılan vəsaitin 1,3 milyon manatı 11 rayonda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətinin təmin edilməsinə, 4,9 milyon manatı isə Dövlət Komitəsi tərəfindən tədbirlərin (“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Milli fəaliyyət Planı”, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı”, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı”, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair Tədbirlər Planı”, və s. tədbirlər) həyata keçirilməsinə sərf edilib.