BAKI, 24 may. TELEQRAF

Əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Bakı şəhərində 40 birotaqlı, 40 ikiotaqlı, 20 üçotaqlı mənzil satın alınacaq.

Teleqraf xəbər verir ki, Sosial Xidmətlər Agentliyi evlərin alınmasına 7.980.000,00 manat xərcləməyi planlaşdırılır.

Hazırda qurum podradçı şirkəti seçmək üçün tender elan edib.