BAKI, 22 may. TELEQRAF

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının Plenar Sessiyasında iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında qeyd edib.

"Tədbir çərçivəsində Qrupa daxil olan qurumların illik toplantıları keçirildi, üzv ölkələr üçün 2026-2035-ci illəri əhatə edən dayanıqlı inkişaf planı barədə məlumat verildi. Sənəddə infrastrukturun, özəl sektorun və insan kapitalının inkişafı, maliyyəyə çıxış imkanlarının artırılması, ərzaq və su təhlükəsizliyi, ticarətin inteqrasiyası kimi məsələlər öz əksini tapıb",- nazir qeyd edib.