BAKI, 22 may. TELEQRAF
Ege bölgəsinin Ən Böyük 100 Sənaye Müəssisəsi siyahısında “SOCAR Türkiye”nin iki şirkəti ilk üçlükdə qərarlaşıb.
Teleqraf xəbər verir ki, Ege Bölgəsi Sənaye Palatasının (EBSO) hazırladığı “İstehsaldan satışlar” meyarına əsasən siyahıya “STAR Rafineri” liderlik edir.
“Petkim” isə üçüncü sırada yer alır.
“Azərbaycan və Türkiyə iqtisadiyyatına töhfə vermək üçün fasiləsiz fəaliyyətimizi davam etdiririk”, - “SOCAR Türkiye”nin məlumatında qeyd edilib.