BAKI, 21 may. TELEQRAF

Qızılın qiyməti bir həftədən artıq müddət ərzində ən yüksək səviyyəyə qalxaraq 3.300 dolları keçib.

Teleqraf xəbər verir ki, buna səbəb dolların zəifləməsi olub. Eyni zamanda, ABŞ-də maliyyə qeyri-müəyyənliyi fonunda Konqresin genişmiqyaslı vergi qanun layihəsini müzakirə etməsi investorları təhlükəsiz liman axtarışına yönəldib.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.68% artaraq 3,306,84 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.36% artaraq 33.295 ABŞ dolları təşkil edib.