BAKI, 20 may. TELEQRAF

Cari ilin yanvar-aprel ayları ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 11 hüquqi, 6 fiziki şəxs barəsində ümumilikdə 20 inzibati xəta haqqında protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

Bu barədə Teleqraf-a Agentlikdən bildirilib.

Məlumata görə, protokollardan 13-ü malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə tərtib edilib.