BAKI, 16 aprel. TELEQRAF

Bu ilin aprel ayında Türkiyədə əcnəbilərə, ümumilikdə, 440 ev satılıb. Azərbaycan vətəndaşları isə qonşu dövlətdən 59 daşınmaz əmlak alıblar.

Teleqraf Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, apreldə Türkiyənin xaricilərə mənzil satışı əvvəlki ilin eyni ayına görə 13,2 faiz artıb. Yanvar-aprel ayları ərzində isə əcnəbilərə mənzil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azalaraq 6 018 təşkil edib.

Aprel ayında ən çox daşınmaz əmlak Rusiya Federasiyası vətəndaşlarına satılıb (276).

Xatırladaq ki, martda azərbaycanlılar Türkiyədən 66 mənzil alıblar. 2024-cü ildə isə ümumilikdə 866 mənzil alınıb.