BAKI, 15 may. TELEQRAF
2025-ci ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 49 milyon 73 min 300 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 34,5% çoxdur.
Bu barədə Teleqraf-a muxtar respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əsas kapitala vəsait qoyuluşunun 31 milyon 917 min manatı və ya 65%-i tikinti-quraşdırma işlərinin payına düşüb, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5% çoxdur.