BAKI, 15 may. TELEQRAF

Cari ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 162 milyon 315 min 900 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 6% azdır.

Bu barədə Teleqraf-a muxtar respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, sənaye məhsulunun 130 milyon 808 min 100 manatı və ya 80,6%-i malların, 31 milyon 507 min 800 manatı və ya 19,4%-i isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 0,2%-i mədənçıxarma, 76,7%-i emal, 20,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,2%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.