BAKI, 15 may. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında dünya bazarına çıxarılan Azərbaycan neftinin 76,1 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə nəql edilib.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, ötən dörd ayda bu kəmər vasitəsilə 9 milyon 314,7 min ton neft ötürülüb.

Bildirilib ki, dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83 faizini, yəni 7 milyon 731,5 min tonunu Azərbaycanda hasil edilən neft, 17 faizini, yəni 1 milyon 583,2 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Məlumata görə, yanvar-aprel aylarında magistral neft kəmərləri ilə Azərbaycandan dünya bazarına, ümumilikdə, 12 milyon 233,3 min ton neft nəql edilib.