BAKI, 15 may. TELEQRAF
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 1372 kq gümüş istehsal edilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən istehsalda 21,9% artım olub.
Mayın 1-i vəziyyətinə ölkənin hazır gümüş ehtiyatı 579,1 kiloqramdır.