BAKI, 14 may. TELEQRAF
Yerüstü Nəqliyyat Agentliyi avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2025-ci il nümunəli xüsusi defisit “İcazə” blanklarının 13 may tarixinə olan qalıq sayını açıqlayıb.
AYNA-dan Teleqraf-a verilən məlumata görə, Rusiya tərəfindən 3-cü ölkəyə və ya 3-cü ölkədən beynəlxalq yük daşımaları üçün 907 icazə (məhdudiyyətsiz), yalnız İrana və ya İrandan olan daşımalar üçün 146, Avropa Birliyi ölkələrinə və ya ölkələrindən olan daşımalar üçün isə 121 icazə ayrılıb, Qazaxıstan üzrə isə bu rəqəm 1763 olub.