BAKI, 13 may. TELEQRAF

Yanvar-aprel aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 9,1 milyon ton, ixraca nəql edilən həcmlər isə 7,8 milyon ton olub.

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında qeyd edib.

O bildirib ki, bu dövrdə 16,7 milyard kub metr qaz hasil edilib. 8 milyard kub metr qaz isə ixrac olunub.