BAKI, 8 may. TELEQRAF
"Baku Media Service" MMC ləğv olunduğunu elan edir.
Teleqraf xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1014 Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 9 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Baku Media Service" MMC 2013-cü ilin yanvarın 25-də təsis edilib. Qanuni təmsilçisi Qasımov Coşqun Əyyub oğlu olan şirkətin nizamnamə kapitalı 10 000 manatdır.