BAKI, 7 may. TELEQRAF

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirallahı rayonunun Pirallahı qəsəbəsində Mətbuat küçəsinin əsaslı təmiri aparılır.

Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. 435 metr uzunluğa malik küçədə torpaq yatağının eni 8, yolun hərəkət hissəsinin eni 6 metrdir.

Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb.

Qeyd edək ki, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonuncu mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.