BAKI, 6 may. TELEQRAF

Elm və Təhsil Nazirliyinin "Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi" bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizat üçün avadanlıqların alınıb-quraşdırılmasının icrasını planlaşdırır.

Teleqraf xəbər verir ki, qurum bunun üçün 9 milyon 310 min 422 manat vəsait xərcləməyi nəzərdə tutur və müvafiq işləri həyata keçirəcək şirkət axtarışındadır.

Qeyd edək ki, sözügedən işlər üzrə tender elan olunub və təkliflərin son təqdimolunma tarixi iyunun 5-dir.