BAKI, 6 may. TELEQRAF

Qızılın qiyməti iki həftənin ən yüksək səviyyəsinə qalxıb.

Teleqraf xəbər verir ki, buna ABŞ Prezidenti Donald Trampın rüsumlarla bağlı planlarının narahatlıq doğurması və nəticədə təhlükəsiz liman kimi tanınan metala marağın artması səbəb olub.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 1.48% artaraq 3,371.49 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 2.64% artaraq 33.328 ABŞ dolları təşkil edib.