BAKI, 22 aprel. TELEQRAF

Sədərək Rayon İcra Hakimiyyəti rayonun Heydərabad qəsəbəsində və Sədərək, Qaraağac, Dəmirçi kəndlərində təmir-bərpa və abadlıq işləri aparacaq.

Teleqraf xəbər verir ki, qurum, işləri icra edəcək şirkət axtarışındadır və bunun üçün 650 min 358 manat vəsait xərcləməyi planlaşdırır.

Qeyd edək ki, müvafiq işlərlə bağlı elan edilən tender üzrə təkliflərin son təqdimolunma tarixi mayın 5-dir.