BAKI, 21 aprel. TELEQRAF

Bakı Dövlət Universiteti (BDU) builki “Məzun Günü” tədbirinə 219.849,73 manat xərcləyəcək.

Teleqraf xəbər verir ki, universitet “Məzun Günü” tədbirinin təşkili və keçirilməsi məqsədilə müvafiq işləri görəcək podratçı axtarışındadır.

Qeyd edək ki, müvafiq işlər üzrə tender elan olunub və və təkliflərinin son təqdimolunma tarixi mayın 13-dür.