BAKI, 17 aprel. TELEQRAF
Yerüstü Nəqliyyat Agentliyi beynəlxalq avtomobil yük daşımaları üçün mübadilə edilmiş 2025-ci il nümunəli xüsusi defisit “İcazə” blanklarının ötən günə olan qalıq sayını açıqlayıb.
Agentlikdən Teleqraf-a verilən məlumata görə, aprelin 16-a olan göstəriciyə əsasən, Rusiya istiqamətində 3-cü ölkəyə və ya 3-cü ölkədən beynəlxalq yük daşımaları üçün müxtəlif kateqoriyalar üzrə qalıq icazə blanklarının sayı toplam 548 ədəd təşkil edib.
Belə ki, qalıq say, məhdudiyyətsiz daşımalar üçün 280, yalnız Avropa Birliyi ölkələrinə və ya bu ölkələrdən olan daşımalar üçün isə 138 təşkil edib.
Qazaxıstan istiqamətində 3-cü ölkəyə və ya 3-cü ölkədən beynəlxalq yük daşımaları üçün ayrılmış icazə blanklarının sayı isə 130 ədəddir.
Qeyd edək ki. ötən gün İrana və ya İrandan olan hər hansısa yükdaşıma baş tutmayıb.