BAKI, 11 aprel. TELEQRAF
Yerüstü Nəqliyyat Agentliyi beynəlxalq avtomobil yük daşımaları üçün mübadilə edilmiş 2025-ci il nümunəli xüsusi defisit “İcazə” blanklarının ötən günə olan qalıq sayını açıqlayıb.
Agentlikdən Teleqraf-a verilən məlumata görə, aprelin 10-a olan göstəriciyə əsasən, Rusiya istiqamətində 3-cü ölkəyə və ya 3-cü ölkədən beynəlxalq yük daşımaları üçün müxtəlif kateqoriyalar üzrə qalıq icazə blanklarının sayı toplam 956 ədəd təşkil edib.
Belə ki, İrana və ya İrandan olan daşımaları üçün bu say 86, məhdudiyyətsiz daşımalar üçün 523, yalnız Avropa Birliyi ölkələrinə və ya bu ölkələrdən olan daşımalar üçün isə 142 təşkil edib.
Qazaxıstan istiqamətində 3-cü ölkəyə və ya 3-cü ölkədən beynəlxalq yük daşımaları üçün ayrılmış icazə blanklarının sayı isə 205 ədəddir.