BAKI, 10 aprel. TELEQRAF

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidməti" publik hüquqi şəxsi Xocalı rayonunun Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində, Ağdərə rayonunun Həsənriz kəndində fərdi yaşayış evlərinin cari təmirinin layihələndirilməsi işlərini həyata keçirəcək.

Teleqraf xəbər verir ki, qurum bunun üçün 450 min 205 manat vəsait ayırıb.

Layihələndirmə işlərini “Himmen Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirəcək.

Qeyd edək ki, müvafiq işlərin görülməsinə bu ayın 8-də başlanılıb, iyunun 10-a qədər isə bitməyi nəzərdə tutulur.