BAKI, 20 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında əhali toxuculuq məhsulları, geyim və ayaqqabılara 1 milyard 400,3 milyon manat pul xərcləyib.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artıb.

İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 15,1 faizi bu kateqoriyaya sərf edilib.

Xatırladaq ki, 2024-cü ildə isə geyim məhsullarına, ümumilikdə, 9 milyard 48,4 milyon manat xərclənmişdi.

Əlavə olaraq onu da bildirək ki, ötən iki ayda ölkədə 14,4 milyon manatlıq geyim istehsal edilib.