
BAKI, 19 mart. TELEQRAF
2021-2024-cü illər ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında investisiya portfeli 950 milyon manata yaxın olan 94 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında qeyd edib.
Sözügedən dövrdə 29 müəssisə fəaliyyətə başlayıb. Qeydiyyata alınmış rezidentlər tərəfindən layihələr çərçivəsində ümumilikdə 8.868 iş yerinin yaradılması nəzərdə tutulur.