BAKI, 19 mart. TELEQRAF

"Azəristiliktəchizat" ASC istilik xətlərində təmir bərpa işləri üçün qum çınqılın satınalınması ilə bağlı açıq tender elan edib.

Teleqraf xəbər verir ki, tenderdə 2.480 ton qara qum, 1.700 ton çınqıl, 500 kvadrat metr həcmində isə karbonat tozunun satın alınması nəzərdə tutulur.

Tenderin ehtimal olunan qiyməti 108 min 265 manatdır.

Tenderdə iştirak haqqı isə 250 AZN-dir.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi aprelin 22-dir.