
BAKI, 19 mart. TELEQRAF
Sahibkar Səbuhi Nəbiyev arıçılığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 70 min manat güzəştli kredit əldə edib.
Bu barədə Teleqraf-a Fonddan məlumat verilib.
Bildirilib ki, layihənin maliyyələşdirilməsi bank üzərindən həyata keçirilib.