BAKI, 7 mart. TELEQRAF

Qadın sahibkarlar bizneslərini inkişaf etdirmək üçün dövlətin güzəştli maliyyə mexanizmlərindən yararlanırlar.

Teleqraf xəbər verir ki, bu barədə Teleqraf-a Sahibkarlığın İnkişafı Fondundan məlumat verilib.

Bildirilib ki, son 5 il ərzində 1219 qadın sahibkara 66,6 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına 1338 yeni iş yerinin yaradılması nəzərdə tutulub.