BAKI, 27 fevral. TELEQRAF

“Azəristiliktəchizat” ASC balansında olan köhnə tipli qazanxanaların yenidən qurulması ilə bağlı açıq tender elan edib.

Teleqraf xəbər verir ki, qurumun balansında olan 5 ədəd köhnə tipli qazanxananın yenidən qurulması və modernizasiyası işləri üzrə layihələndirmə işlərinin satınalınması üçün ehtimal olunan qiymət 185 min 409,29 manatdır.

Müsabiqədə iştirak haqqı 250 manatdır. Tenderlə bağlı təkliflərin son təqdim olunma tarixi martın 12-dir. Zərflərin də həmin gün açılması nəzərdə tutulub.